image-28375983backend

Ermənistan ombudsmanı da təsdiqlədi: “Azərbaycanı günahlandırmaq yersizdir” 

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, avqustun 19 -da, saat 02:15 radələrində, 2002 -ci il təvəllüdlü Murad Muradyan, 2002 -ci il təvəllüdlü Levon Harutyunyan və 2002 -ci il təvəllüdlü Gor Saakyanın Ermənistan-Azərbaycan sərhəddində erməni postunda aşkarlanıb. Hər üç əsgərin güllə yarası ilə ölümü ilə bağlı yayılan açıqlamada bildirilir ki, bu hadisədə Azərbaycan tərəfinin hər hansı bir əlaqəsi yoxdur.Elə Ermənistanın ombudsmanı Arman Tatoyan da Facebook səhifəsində yayımladığı açıqlamada bəyan edir ki, erməni əsgərlərinin öldürülməsində Azərbaycan əsəgərlərinin rolu olması ilə bağlı erməni mediada yayılan  xəbərlər əsassızdır: “Üç erməni hərbçisinin ölümünün Azərbaycan tərəfinin hərəkətləri ilə heç bir əlaqəsi yoxdur və Azərbaycanı günahlandırmaq yersizdir”. Ermənistan ombudsmanı,hüquq müdafiəçisinin sözlərinə görə, ölümcül hadisə ilə bağlı məlumatlar ortaya çıxandan dərhal sonra müdafiə naziri Arşak Karapetyanla söhbət edib. Arman Tatoyan bildirb ki, üç erməni əsgərinin ölümü ilə bağlı araşdırmalara başlayıb və aparılan araşdırmanın nəticələri ilə həm dövlət və hökumət rəhbərliyini,eyni zamanda erməni xalqına məlumat verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki