image-thumbbackend

FHN yanğınsöndürənlərinə yeni marş həsr olunub

image-reklam_sirab_01
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi Orkestrinin solisti, peşəkar vokalist, gizir Anar İlhamlı yeni “Yanğınsöndürənlər marşı”nı təqdim edib.

Marş bütün yanğınsöndürənlərə həsr olunub.

Sözləri şair Rza bəy Mirzəbəyova, musiqisi Əliheydər Mirzəbəyova aid olan marş yanğınsöndürənlər tərəfindən rəğbətlə qarşılanıb. İfaçının sözlərinə görə, o, öz həyatlarını təhlükəyə, oda-alova ataraq, insanların həyatını xilas edən bu qəhrəman oğullara hər zaman mahnı həsr etməyi arzu edib və nəhayət, bu arzusunu reallaşdırmaq ona nəsib olub.

Qeyd edək ki, Anar İlhamlı 2010-cu ildən etibarən FHN Akademiyasında hərbi Orkestrin solisti ve musiqi təlimatçısı kimi xidmət edir. O, bir çox hərbi marş və vətənpərvər mahnılarin söz və musiqisinin də müəllifidir.

44 günlük Vətən müharibəsi ərəfəsində də ifaçı fəal çalışaraq “Azərbaycan bayrağı”, “Vətən”, “Vətən üçün doğulduq”“Zəfər döyüşü” adlı mahnıları bəstələmişdir. İfaçi eyni zamanda sözləri Baba Vəziroğluna, musiqisi isə bəstəkar Kamala aid olan “Cənab Ali Baş Komandan” mahnısının da mahir ifaçılarından biridir. 20 ildir ki, peşəkar səhnədə fəaliyyət göstərən ifaçının repertuarında bəstəkar mahnı və romansları üstünlük təşkil edir.

Biz də, kollektivimiz adından daim əsgər, kursant və zabitlərin qarşısında fərqli konsert proqramları ilə çıxış edən vətənpərvər ifaçı Anar İlhamlıya sənətində müvəffəqiyyətlər arzu edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki