image-p-i-mg-20221008-wa0008-750x375backend

Fikrət Ələsgərli: BMT adına bu işi görmək şərəfdir

image-reklam_sirab_01

Vətəninfo.az xarici sayta istinadən xəbər verir ki, Qara dənizdə baş verən müharibə əsas taxıl ixracatçısı olan Ukraynadan dünyaya taxıl daşınmasını dayandırmış, qlobal ərzaq böhranı astanasında gəlmişdi. Buna baxmayaraq, Ərdoğanın qətiyyəti ilə açılan taxıl dəhlizi və Türkiyənin diplomatik gücü dünyanın ümidinə çevrildi.

İstanbul Boğazında dünyanı ərzaq böhranından xilas edən taxıl dəhlizinin keçid məntəqəsindən xəbər var.  İstanbulda qurulan komanda mərkəzinin koordinasiya və nəzarət işləri dünyanın təqdirini qazandı. İndiyədək 495 gəmi ilə 5 milyon ton taxılın keçdiyi dəhlizin nəzarət nöqtəsi olan Boğazda işlərdə iştirak edir.

30 min tondan çox qarğıdalı daşıyan “Akson Sara” gəmisi yoxlama üçün İstanbulun ”Yenikapı” sahillərinə yanaşıb. Bu prosedur əslində bütün qida yüklü gəmilərin ekipajları tərəfindən həyata keçirilən adi bir təcrübədir. Alınan nümunələrin tədqiqi ilə qida təhlükəsizliyi də təmin edilir.

Gəmiyə baxış keçirən BMT-nin azərbaycanlı əməkdaşı, Fikrət Ələsgərli bir aydır yoxlamalarda iştirak etdiyini, Akson Saranın yoxlanılan 61-ci gəmi olduğunu bildirib. Ələsgərli, “BMT adına bu işi görmək şərəfdir, dünyanın qidalanmasında vəsilə olan bu təşəbbüsün bir parçası olmaqdan məmnunam” dedi. Azərbaycanda 23 il gömrük məmuru kimi çalışan Ələsgərli, “BMT yoxlama işi üçün peşəkar kadrlar seçir, məsləhət veririk. Rus dilini bilirəm, bu, heyətdəki ruslar və ukraynalılarla ünsiyyətə töhfə verir” deyə vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki