image-koln-3backend

Fuad Muradov Köln şəhərindəki Azərbaycan Evi ziyarət edib

image-reklam_sirab_01

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad muradov və komitənin əməkdaşları Köln şəhərindəki Azərbaycan Evini və “Pantera GYM” idman zalını ziyarət edib.

 

Veteninfo.az-a DİDK-dən verilən məlumatda deyilir ki, Azərbaycan Evi ilə tanışlıq zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov icma üzvləri  qarşısında çıxış edib. Bildirib ki, Azərbaycan Evləri soydaşlarımızı bir araya gətirən mərkəz rolunu oynayır. Kölndəki Azərbaycan Evi də bu məqsədlə yaradılıb. Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar burada toplaşmalı, görüşlər keçirməli, problemləri dilə gətirməli və  müzakirələr  təşkil etməlidirlər. Bununla yanaşı, Köln Azərbaycan Evi yerli ictimaiyyətin tanınmış şəxslərinin və alman jurnalistlərinin müxtəlif tədbirlərə dəvət olunduğu məkana çevrilməlidir. Bu, soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasında və media ilə əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynaya bilər.

 

Sonra Dövlət Komitəsi tərəfindən Köln Azərbaycan Evinə hədiyyələr təqdim olunub.

 

Daha sonra qonaqlar “Pantera GYM” idman zalında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, Almaniyada yaşayan azərbaycanlı gənclər arasında idmana böyük həvəs var. Burada onların asudə vaxtlarını səmərəli keçirmələri üçün həftədə bir neçə dəfə məşqlər təşkil edilir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki