image-847d212a-f4f1-3245-8ee5-e5a6a01b7494_850backend

Gecə klubunda atışma olub, ölən və yaralananlar var

image-reklam_sirab_01

ABŞ-ın Florida ştatında gecə klubunun yaxınlığında atışma olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

bu barədə “ANI News” məlumat yayıb.

Polis hadisənin Tampa şəhərinin mərkəzindəki barın yaxınlığında baş verdiyini açıqlayıb.

Məlumata görə, öncə iki qrup insan arasında sözlü dava başlayıb, daha sonra onlar küçəyə çıxıb və onlardan biri güllə atmağa başlayıb

Bildirilib ki, hadisədə yaralanan 6 nəfərdən 4-ü kişi, 2-si qadındır. Onların həyatına heç bir təhlükə yoxdur.

Nəşr qeyd edib ki, insident iştirakçıları həbs edilməyib və onların kimliyi də açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki