image-general-etibar-veteninfobackend

General Etibar Mirzəyev: “Sabah şad xəbərlər eşidəcəyik”

image-reklam_sirab_01
Artıq demək olar ki, yanğınlar nəzarət altındadır. Sabah yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik.
Veteninfo.az  AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Muğladakı böhran mərkəzində keçirilən müşavirədən sonra jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini qeyd edib: “Muğlada böhran mərkəzində keçirilən 3 saata yaxın müzakirə başa çatıb. Bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır. Artıq demək olar ki, Köycəğizdəki yanğın nəzarət altına alınıb”.
General-leytenant avqustun 10-da olan son məlumatda bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işlərini görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının söndürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdı”.
E.Mirzəyev yanğının fəsadları barədə vurğulayıb:
“Gördüyünüz bu böhran mərkəzində yanğının vurduğu fəsadların aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Burada kənd təsərrüfatına dəyən ziyan hesablanır. Muğlada əsasən arıçılıq və maldarlıqla məşğul olurlar. Bu ərazidə həmçinin evlərə dəyən ziyanlar hesablanacaq. Bundan əlavə olaraq şəhərdə və rayonda olan rabitə və kommunikasiya xətlərinə dəyən ziyanlarda hesablanır”.
Türkiyə xalqının qardaşlığından danışan nazir müavini deyib:
“Hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!”
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki