image-375537_res_01backend

Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Rusiya postları varmı…

image-reklam_sirab_01

Veteninfo.az-a Xəbər verildiyi kimi, Qubadlının Aşağı Cibikli kəndi yaxınlığında avqustun 25-də Azərbaycan sərhədçisinə edilmiş xain hücumun ardınca Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Qubadlıdan keçən hissələri bağlanmışdı. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra dünən axşam erməni tərəfi yolda hərəkətin bərpa edildiyini bildirib. Yolda hərəkətin bərpa edilməsinə dair Azərbaycan tərəfinin hansısa yeni şərtlər qoyduğu barədə erməni mənbələrində xəbərlərə rast gəlinir. Rəsmi Bakı hələlik nə yolun bağlanmasını, nə açılmasını şərh etməyib.image-375538_src

Xatırladaq ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının və Ermənistanın kapitulyasiyasının ardınca Azərbaycan o cümlədən Qubadlı istiqamətində sovet dövrü sərhədlərini bərpa edib və orada möhkəmlənib. Hərbi əməliyyatlar dayandırılanda erməni bölmələri Qubadlının sərhədboyu yaşayış məntəqələrinin bəzilərini hələ nəzarət altında saxlayırdı və daha sonra danışıqlar nəticəsində bu ərazilərin

Azərbaycana döyüşsüz təhvil verilməsi baş tutdu. Nəticədə hələ sovet dövründə çəkilmiş Gorus-Qafan yolunun təxminən 21 kilometrlik hissəsi (Şahverdilər-Çayzəmin və Şurnux-Dərbənd kəndləri arasından keçən) Azərbaycanın nəzarətinə keçmiş oldu. Azərbaycan tərəfi xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər bu yoldan gediş-gəlişə icazə verib, amma erməni tərəfinin təxribatları indiki situasiyanın yaranmasına gətirib çıxarıb.

Qafan meri Qorq Parsyan ötən axşam özünün Facebook səhifəsində bildirib ki, yolda hərəkətin təşkilində dəyişiklik yoxdur, amma yolun Şahverdilər-Çayzəmin kəndləri arasında keçən hissəsində nəqliyyatın hərəkətini yavaşıtmaq üçün beton bloklardan ziqzaqvari maneələr yaradılıb. “Rusiya sərhədçiləri yolun bu hissəsinə nəzarət edəcək”,-Parsyan bildirib.image-375539_src

 

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryan isə ötən axşam Gorus-Qafan yolundan çəkdiyi videonu paylaşıb. Yolun “tam təhlükəsiz” olduğunu bildirib, amma əlavə təhlükəsizlik tədbiri kimi Azərbaycan sərhədçilərinin beton bloklardan ziqzaqvari maneə qurduqlarını da göstərib.

Rusiya sərhədçilərinin məhz həmin beton blokların qarşısında (yəni Qubadlı ərazisində) öz postlarını qurduqları bildirilib.image-375540_src


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki