image-1064824_354920094610712_1128632529_obackend

“Gözəl anam, axirətdə görüşəcəyik!..” – Qadir İbrahimlinin son paylaşımı

image-reklam_sirab_01

Bu gün vəfat edən jurnalist Qadir İbrahimlinin sosial şəbəkədə etdiyi son paylaşım dostlarını və yaxınlarını daha da kədərləndirib.

Veteninfo xəbər verir ki, jurnalist bir neçə gün öncə anasının ad günü münasibətilə onun şəklini paylaşıb, axirətdə görüşəcəklərini yazıb.

“Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir – 85 yaş. Nur içində yat, gözəl anam. İnşallah axirətdə görüşəcəyik!”, – deyə İbrahimli mayın 17-si, xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl yazıb.

Qeyd edək ki, Qadir İbrahimli bu gün saat 09:30 radələrində dünyasını dəyişib. İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-i M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image