image-1backend

Gürcüstan: Qafqazın Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən geosiyasi qovşağı”

image-reklam_sirab_01

“Avropa və Asiyanın kəsişməsində yerləşən Gürcüstan bir neçə mühüm qlobal iqtisadi regionu birləşdirən körpüdür. Avropadan Çinə ən qısa yol Gürcüstandan keçir və “İpək Yolu” ticarəti həmişə Qafqaz regionundan keçib.” – Vətəninfo.az  xəbər verir ki, bu barədə “Tasnim News” ajansı yazır.
Cənubi Qafqaz bölgəsini dünyanın ən vacib geosiyasi regionlarından biri hesab etmək olar. Gürcüstan, Azərbaycan və Ermənistanın simasında üç ölkədən ibarət olan bu bölgə müxtəlif coğrafi və siyasi səbəblərdən uzun müddət dünyanın şərq və qərbinin böyük dövlətlərinin daim diqqət mərkəzində olub.
Dünyanın şərqi ilə qərbi arasındakı kommunikasiya yollarının unikal mövqeyi və mərkəzində olması, eləcə də şimalı ilə cənubu arasında əlaqə qurmaq imkanı Qafqazı dünya iqtisadiyyatının bir hissəsini birləşdirən qlobal kommunikasiya arteriyasına çevirib.
Bu arada Azərbaycan və Ermənistan son 30 ildə müxtəlif səbəblərdən İran İslam Respublikasının xarici siyasətində daha yüksək əhəmiyyət kəsb edib.
Gürcüstan Rusiya ilə yaxınlığı və həmsərhəd olması, Moskvanın təhlükəsizliyinin birinci qatında yer alması, ondan sonra isə Tbilisidə ifrat Qərb istiqamətlərinin mövcudluğu və ABŞ-ın xarici siyasət orbitində yer alması səbəbindən İranın diplomatik yanaşmasında daha az əhəmiyyət kəsb edirdi.
Onu da əlavə edək ki, Gürcüstan dini səbəblərdən də İranın dini və sonradan siyasi qurumlarının diqqət mərkəzində olmayıb…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image