image-1678365182_cavansirbackend

“Gürcüstandakı etiraz xalqın hüququdur” – Deputat

image-reklam_sirab_01

“Gürcüstanda baş verən hadisələr uzun müddətdir ki, Gürcüstan hakimiyyətinin apardığı qeyri-müəyyən siyasətə vətəndaşların verdiyi cavab reaksiyasıdır. Bu cavab reaksiyası Gürcüstan vətəndaş cəmiyyəti çərçivəsində formalaşıb və Rusiyanın bu məsələlərdə iştirakı yoxdur”.

Bunu Faktmedia.az-a millət vəkili Cavanşir Feyziyev deyib.

O bildirib ki, hadisələr Gürcüstanın daxili məsələləri, Gürcüstan hakimiyyətinin qəbul etdiyi və qəbul etmək istədiyi qərarlarla bağlıdır:

“Təbii olaraq vətəndaşlar onların həyatına təsir edəcək qanunların qəbul olunmasına qarşı etiraz aksiyası keçirir. Bu onların hüququdur. Rusiya hakimiyyətinin heç bir əsasla bu hadisələrə müdaxilə etmək, öz iradəsini Gürcüstan hakimiyyətinə və vətəndaşlarına diktə etmək imkanı yoxdur. Rusiyanın özünün Ukrayna ilə bağlı hadisələrdə vəziyyəti bir o qədər də ürəkaçan deyil. Ortada qeyri-müəyyənlik var. Rusiya belə bir vəziyyətdə həm Ukrayna, həm də Gürcüstan cəbhəsində kifayət qədər aktiv və uğurlu ola bilməz. Əminəm ki, Rusiya siyasi rəhbərliyində bunu anllayır və düzgün aiymətləndirirlər. Eyni zamanda, Rusiya öz imkanlarını da düzgün qiymətləndirir. Buna görə də Gürcüstanda baş verən hadisələrə Rusiya tərəfindən hansısa bir mudaxilənin olacağına inanmıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki