image-6e701c30-9660-32d5-a7f1-08a24b929319_850backend

Gürcüstanın turizm sektorunun ötənilki vergi öhdəlikləri silinib

image-reklam_sirab_01

Gürcüstanın turizm sektorunun 2021-ci il üzrə daşınmaz əmlak vergisi üzrə öhdəlikləri silinib.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

O, turizm sahəsindəki cari vəziyyətin və mövcud problemlərin öyrənildiyini deyib: “COVID-19 pandemiyasına görə məhz bu sahə, həmçinin mehmanxana-restoran sənayesi də zərər çəkib. Buna görə də bu sektor 2021-ci il üçün daşınmaz əmlaka görə vergidən azad edilib. Hesab edirəm ki, bu addım turizm sahəsi üçün mühüm yardım olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image