image-22backend

Haitidə ABŞ-ın 17 xristian missioneri və ailə üzvləri qaçırılıb

image-reklam_sirab_01

ABŞ-dan olan xristian missionerlər və ailələri, Haitinin paytaxtı Port-a-Prensdə cinayətkarlar tərəfindən qaçırılıb.

Veteninfo.az xəbər verir ki, bu barədə “New York Times” Haiti təhlükəsizlik səlahiyyətlilərinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, cinayətkar dəstə qadın və uşaqlar da daxil olmaqla, ABŞ-dan olan 17 xristian missioneri və ailələrini qaçırıb. Qeyd olunur ki, bu, həmin insanların uşaq evindən çıxdığı an baş verib.

Hadisənin təfərrüatları məlum deyil, ancaq nəşrə görə, missionerlər hava limanına gedən avtobusdan qaçırılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki