image-1backend

“HƏMAS-la savaş İsraildə və Yaxın Şərqdə vəziyyəti necə dəyişib?” – BBC

image-reklam_sirab_01
“HƏMAS-la Fələstin Azadlıq Təşkilatı arasında ziddiyyətlərin dərinləşməsi Fələstin dövlətinin yaradılmasını mümkünsüz edəcək…”

“Dinc fələstinlilərin həlak olmasına görə HƏMAS məsuliyyət daşıyır, bizim başqa seçimimiz qalmayıb…”
“Oktyabrın 7-də İsraildə baş verənlər yəhudi dövlətinin tarixində ən böyük iflasdır və bütün günahlar Netanyahunun üzərindədir…”
Yaxın Şərqdə alovlanan savaşın onun hüdudlarından kənara çıxmasının “tamamilə gerçək təhlükəsi” var.
Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın BBC telekanalının beynəlxalq icmalçısı Ceremi Bouenin məqaləsində deyilir.
Məqalədə İsrailin HƏMAS-a qarşı savaşının Yaxın Şərqdə vəziyyətin necə dəyişdiyi barədə söhbət açılır.
Jurnalistin fikrincə, savaşın onun hüdudlarından kənara çıxmasının “tamamilə gerçək təhlükəsi” var.
“Yaxın Şərqdə yeni reallıqlar uzaqda deyil, lakin onun konkret konturları bu savaşın bu ilin sonuna, mümkündür ki, növbəti ilin əvvəlinədək necə inkişaf edəcəyindən asılı olacaq.
Jurnalist İsrailin HƏMAS-la savaşının 30 günü ərzində təzahür edən beş mühüm aspektlərini qeyd edib.
1. İsraillilər HƏMAS və onun “kiçik tərəfdaşı” olan “İslami-Cihad” qruplaşmasının hakimiyyətlərinin məhv edilməsinə yönəlik hərbi kampaniyaya büsbütün dəstək verir. İsrail əhalisinin qəzəbi oktyabrın 7-də “HƏMAS-ın hücumundan yaranan şokdan qaynaqlanır”.
“Qəzza əzab çəkməli olacaq. Dünyanın heç bir milləti onun qonşularının körpələri, qadınları və ya, sadəcə, insanları qətlə yetirməklə məşğul olmasına razı olmaz. Elə siz britaniyalıların ikinci dünya savaşında düşmənləri əzdiyiniz kimi. Biz də Qəzzada məhz bunu etməliyik. Heç bir aman vermədən”, – bunu Ceremi Bouenlə söhbətində İsrail ordusunun istefada olan generalı Noam Tibon bəyan edib.
Последствия нападения на израильское поселение
Jurnalistin “Bəs bu savaşda həlak olan dinc fələstinlilər necə olsun?” sualına cavabında general deyib ki, israillilərin seçim imkanı yoxdur.
“Təəssüf ki, bu, baş verir. Biz təhlükəli rayonda yaşayırıq və biz sağ qalmalıyıq. Bizə sərt davranmaq lazımdır”, – Noam Tibon cavab verib.
“Çoxsaylı israillilər Fələstinin dinc vətəndaşlarının həlak olmasının pis olduğu fikri ilə razıdır, lakin onlar HƏMAS-ın hərəkətləri səbəbindən həlak olur”, – Bouen əlavə edib.
2. İsrailin HƏMAS-a qarşı hərbi kampaniyası “dəhşət doğuracaq qan tökülməsinə” gətirib çıxarır.
“HƏMAS-ın nəzarət etdiyi Səhiyyə Nazirliyinin son məlumatına görə, artıq 9 min fələstinli həlak olub, onlardan 65 faizi qadın və uşaqlardır. ABŞ prezidenti və israillilər nazirliyin rəqəmlərinə etibar etmir, lakin əvvəlki münaqişələrin gedişində beynəlxalq təşkilatlar Fələstin hakimiyyətinin qurbanlar barədə məlimatlarını etibarlı hesab edib”, – britaniyalı icmalçı qeyd edib.
O, BMT-nin məlumatını göstərib. 21 ay öncə Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan 9, 7 dinc vətəndaş həlak olub.
“Bəli, həlak olan fələstinlilərin bir hissəsi HƏMAS-a məxsus olub. Lakin belələrinin 10 faiz olduğunu güman etsək, bu o deməkdir ki, təxminən bir ay ərzində İsrailin Qəzzaya zərbələri nəticəsində həlak olan dinc sakinlərin sayı Rusiyanın Ukraynada 2022-ci ilin fevralından bəri müharibəsində həlak olan dinc sakinlərin sayı qədər olub.
Плачущая женщина
O, əlavə edib ki, həmasçıların hücumundan sonra ilk günlərdən ABŞ prezidenti Co Bayden İsrailin Qəzzada HƏMAS-ı məhv etmək barədə qərarını dəstəkləyib. Lakin, onun sözlərinə görə, bunu “düzgün üsullarla” etmək lazımdır.
“O, dinc əhalinin müdafiəsini nəzərdə tutan müharibənin aparılması qaydalarına riayət edilməli olduğunu nəzərdə tutub”, – jurnalist izah edib.
3. İsrailin baş naziri Binyamin Netanyahuya böyük təzyiqlər göstərilir.
“İsrail xüsusi xidmət orqanları və ordusundan fərqli olaraq, o, bir sıra fəlakətli uğursuzluqlar, nəticədə oktyabrın 7-də İsrailin sərhədlərinin müdafiəsiz qalmasına görə özünün şəxsi məsuliyyətini etiraf etməyib”, – Bouen qeyd edib və əlavə edib ki, baş nazirə loyal olan tərəfdarları var, lakin o, İsrail ordusu və xüsusi xidmət orqanlarında nüfuzlu şəxslərin dəstəyini itirib.
“Bu, İsrail dövlətinin tarixində ən böyük uğursuzluq, hərbi iflas olub. Bu, kəşfiyyatın iflası olub. Bütün bunları idarə etdiyinə görə bütün günahlar Binyamin Netanyahunun üzərindədir. Məhz onun rəhbərliyi altında İsrail tarixində ən böyük uğursuzluq baş verib”, – general əlavə edib.
Нетаньяху
O, Netantahunu Britaniya baş naziri Nevill Çemberlenlə müqayisə edib. O, 1940-cı ildə istefa verib, onu Uinston Çörçill əvəz edib.
4. Regionda bundan öncə formalaşmış status-kvo daha mövcud deyil.
“Vəziyyət təhlükəli və xoşagələn olmayıb, lakin hansısa müdhiş, tanış olan sabitlik olub. Hesab edilib ki, fələstinlilər İsrail üçün daha təhlükə törətmir. Onlar hansısa yolla həll edilməli olan problem adlandırılıb. Əlçatan alətlərdən qamçı və kökə seçilib, bu, qədim “parçala və hökm sür” taktikası olub. Bu prinsip Netanyahu üçün HƏMAS-a Fələstin Muxtariyyəti hesabına Qəzzada hakimiyyətini möhkəmləndirməyə imkan vermək demək olub”, – icmalçı qeyd edib.
O, məlumat verib ki, 2019-cu ildə bəzi İsrail mənbələri ona Netanyahunun “Likud” partiyası üzvləri qarşısında qapalı çıxışı barədə danışıb.
Блинкен и Аббас
“O zaman o, onlara deyib ki, əgər onlar Fələstin dövlətinin yaradılmasına etiraz edirlərsə, o zaman vəsaitlərin Qəzzaya yönəltmək sxemlərinə dəstək verməlidir. Netanyahu bəyan edib ki, Qəzzada HƏMAS-la İordan çayının Qərb sahilində Fələstin Muxtariyyəti arasında ziddiyyətlərin dərinləşməsi Fələstin dövlətinin yaradılmasını mümkünsüz edəcək”, – Bouen deyib.
5. ABŞ-ın dəstəyindən istifadə edən İsrail HƏMAS-a hakimiyyətini saxlamağa imkan verən hər hansı sövdələşməyə razı olmayacaq.
“Bu, daha çox və daha miqyaslı qan tökülməsi deməkdir. Bu, həmçinin HƏMAS-ı kimin əvəzləyəcəyi barədə ciddi məsələlər yaradır, onların bu suallara cavabı isə hələlik yoxdur”, – Ceremi Bouen deyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki