image-elnare-cebrayilovabackend

Hər iki ölkə və xalqların maraqlarına xidmət edən Bəyannamə-“Şuşa Bəyannaməsi”

image-reklam_sirab_01

2021-ci ilin 15 iyunu Azərbaycan tarixinə çox mühüm, əlamətdar gün olaraq yazıldı. İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi gələcək nəsillərə ötürələcək ən böyük ərməğana çevrildi.

Bəyannamənin imzalanma tarixinin Qars Müqaviləsinin imzalandığı gündən düz 100 il sonra, eyni gündə baş tutması əbəs yerə deyildi. Yenidən Azərbaycan ərazisində tarixi hadisə baş verirdi, lakin bu dəfə xeyrimizə!

Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələrin əhatə olunduğu tarixi rəsmi sənəd, bizi gözləyən xoş günlərin müjdəçisi, regionda Türkiyə və Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndiyini göstərən fakt oldu.

Əlbəttə, Şuşa Bəyənnaməsinin imzalandığı gün, etdiyi çıxış zamanı Prezident İlham Əliyevin Qars müqaviləsinə istinad etməsi təsadüfi deyildi. Çünki 100 il bundan əvvəl baş tutan hadisələrə oxşar hallar, indi də təkrarlanmaqdadır. Ancaq böyük bir fərq ilə. O vaxt hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin qalibiyyətini, gücünü göstərməkdədir.

İyun ayının əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika dövlət başçısı Baydenlə keçən görüşünün müsbət nəticələri, NATO-nun Türkiyənin timsalında regiona daxil olması, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldığının göstəricisidir. Bu göstərici isə Ermənistana Azərbaycanla yalnız sülh münasibətdə olmağa vadar edən ən güclü amildir.

Bu amili yaradan isə iki qardaş ölkə liderlərinin uzaqgörən siyasəti, dostluğu və əbədi birliyidir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.

Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə münasibətləri ən uca zirvəyə yüksələrək yeni mərhələyə qədəm qoydu.Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracağını açıq aydın göstərməkdədir.

Və beləliklə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının uzaqgörən lideri Prezident İlham Əliyevin birgə addımı nəticəsində Şuşa Bəyannaməsi tarixə yazılmış qardaşlıq nümunəsinı çevrilmiş oldu.

Suraxanı Rayon Gənclər və İdman İdman İdarəsinin əməkdaşı Elnarə Cəbrayılova 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki