image-reklam-veteninfo
image-1backend

Hörmüz boğazında neft tankeri top atəşinə tutuldu — gəmidə yanğın baş verdi

image-reklam-veteninfo

Hörmüz boğazından keçən neft tankerinə top atəşi açılıb.

Vətəninfo.az xəbər verir ki, Avropa mediasının Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinə (UKMTO) istinadən yaydığı məlumata görə, hadisə cümə axşamı axşam saatlarında baş verib.

Məlumata əsasən, hücum nəticəsində tankerdə yanğın başlayıb. Hadisənin digər təfərrüatları, o cümlədən gəminin hansı tərəfdən atəşə tutulduğu barədə hələlik məlumat verilməyib.

Hazırda tankerdən neft sızmasının baş verib-vermədiyi məlum deyil.

Hadisə ilə bağlı əlavə məlumatların açıqlanması gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki