image-turkan-bayramovabackend

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir

image-reklam_sirab_01

Qarabağ. Keçən ilin noyabr ayına qədər ağrılı yerimiz, həssas nöqtəmiz,, Vətənimizin gözəl guşəsi. Hansı azərbaycanlını dindirəndə “Qarabağ” deyib kövrəlmirdi, millətimizin hansı nümayəndəsindən soruşanda ki, “Ən böyük arzun nədir?” “Ən böyük arzum Qarabağımızın qaytarılması, Cıdır düzündə xalqımızın bayram etməsi” deyə cavab vermirdi? 1992-ci ildən bu yana, tarixən daha qədimlərə getsək, 1918-ci ildən bu yana xalqımızın bəlli sayda igid oğlu-qızı erməni qəddarlığının qurbanı olmuş, ordumuz xeyli sayda itki vermiş, neçə-neçə ailənin ocağı sönmüş, anaların gözləri yaşlı, gənc xanımlar dul, uşaqlar atasız qalmışdır. Bu yara ürəyimizi parçalayıb zaman-zaman…İllərdən bəri Ali Baş Komandanımız məsələni sülh yolu ilə həll etməyə, mümkün qədər insan itkisi verməmək üçün ən tolerant yollarla dilbər guşəmizi Ana Vətənə birləşdirməyə cəhd etdi. Lakin, insan cildində görünsələrdə, qanlarında zərrə qədər insanlıq olmayan mənfurlar xoşluqla Qarabağı qaytarmaq istəmədilər. Belə olan halda İkinci Qarabağ Müharibəsi baş tutdu və Dəmir Yumruq Əməliyyatında Cənab Prezidentimizin başçılığı altında, yenilməz ordumuzun igid oğullarının sayəsində, xalqımızın möhkəm iradəsinin dəstəyi ilə Qarabağ Azərbaycana geri qaytarıldı.. Təəssüflər ki, Vətən yolunda 3000 dən artıq igid əsgərimiz şəhid oldu, nə qədər cəsur əsgərlərimiz sağlamlığından keçib qazi adını aldı, Gəncəyə, Bərdəyə atılan raketlər xeyli dinc əhalini öldürdü, yaraladı, amma necə deyərlər.
“Uğrunda ölən varsa Vətən var!
Vətən anadır, biz övladıyıq”
Bəli, dində də müqəddəs sayılan və sorğu-sualsız cənnət sakini hesab olunan əziz şəhidlərimiz. Ruhlarınız qarşısında baş əyirik. Bu gün dinc şəraitdə yaşamağımıza səbəb olduğunuz üçün, öz qanınız bahasına da olsa, zəfər sevincini bizlərə yaşatdığınız üçün, sizləri böyüdən anaların əllərindən öpürük. Çox təəssüf ki, gənc ömrünüz yarım qaldı, amma, Azərbaycan xalqının ürəyinə sizin qisasınızın o mənfurlardan alınması, birinizin yerinə beş ermənini öldürən igid əsgərlərimiz, Qarabağın qaytarılması, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında şəhid və qazi ailələrinə göstərilən qayğı su səpir.. Qisasınız alındı. Cənab Prezidentimizin dediyi kimi: “Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, bizim şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”.
Bəli, Sizlər getdiniz, əmanətləriniz isə bizlərə əmanətdir, hansısa bir şəhid övladına heç kəs atasız deyə bilməz, çünki o, sizin şəhadətinizə qədər yalnız sizin və ailənizin övladı idisə, bundan sonra o körpə balalar, bütün Azərbaycan xalqının balasıdır, valideynləriniz, hər birimizin valideynidir, bacınız, qardaşınız, bizlərin bacı və qardaşıdır..Rahat uyuyun, qəbriniz nurlu, yeriniz cənnət olsun, əziz şəhidlərimiz, qisasınız alındı, qanınız yerdə qalmadı…El bir olsa, dağ oynadar yerindən.. Azərbaycan elinin birliyi isə dağlara, daşlara səs saldı. Şuşanın azad olunduğu gün igid əsgərlərimizin göstərdiyi rəşadət, yaralı əsgər yoldaşlarını kürəklərinə alıb dişləri ilə, dırnaqları ilə qayalara dırmanması bütün dünyaya səs, mənfur ermənilərin ürəklərinə qorxu saldı.Sizin hayqırtılarınızın əks-səda verdiyi o qayalara bir də düşmən ayağı dəyməyəcək. Ruhunuz şad, yeriniz cənnət olsun əziz şəhidlərimiz. Qisasınız alındı.
Suraxanı rayonunun fəal gənci Türkan Bayramova

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki