Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfərinə hazırlıq gedir. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Bəli, belə səfər hazırlanır”, – Peskov jurnalistlərə bildirib. O, səfər zamanı hansısa sənədlərin imzalanıb-imzalanmayacağını dəqiqləşdirməyib.


























