image-photo_199036backend

İran niyə yeni səfirlər göndərir?

image-reklam_sirab_01
1999-cu il iyunun əvvəli Milli Təhlükəsizlik Nazirliyi müxalifət lidelərindən birini İranın yüksək rütbəli məmurlarının köməyi ilə çevriliş hazırlamaqda ittiham edir. Sübhaninin 1999 –cu il iyunun 29-da bu barədə hazırlayıb “Tehran Times” qəzetində dərc etdiyi yazıdan sitat: ”..Bu ittihamlar İsrailin həmin ölkədəki təsirinin nəticəsidir”. Yəni indi hər addımbaşı İsraillə əməkdaşlığımızın bizə qarşı qara PR faktoru kimi istifadənin əsası da o zamanlar qoyulmuşdu.
Sübhani İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulub. Sözügedən şəhərin əhalisi Qacar dövrü İranın digər bölgələrindən gəlmə olduğundan özünü yerli əhalidən fərqləndirir və “fars” adlandırırlar.
İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçilu da onun kimi təcrübəli diplomatdır.
Hər iki səfirin fəaliyyətində əsas diqqət çəkən məqam Xəzərin enerji ehtiyatları ilə bağlı istiqamətdir. Sübhaninin bu fəaliyyəti afişa olunmasa da, 90-cı illərin sonlarında Zəngəzurdan dəhliz ideyasının baş tutmaması üçün çalışmış əsas şəxslərdən biri olub.
Dəmirçilunun isə elmi fəaliyyəti də Xəzərin hüquqi status barədədir. Konvensiyanın İran tərəfindən indiyədək ratifikasiya edilməməsində onun elmi məqalələrinin də xüsusi “töhfəsi” var.
Sübhani Türkmənistanla sərhəd bölgədə doğulub, Türkmənistanda da çalışıb. Hər iki səfir kəmərlər keçən və perspektiv Tansxəzər layihəsi ölkələrini yaxşı tanıyırlar. Qazaxıstanın BTC və ehtimal olunan Zəngəzur dəhlizinə qoşulmaması İranın son illər siyasətinin ən mühüm istiqamətlərindən biridir, Qazaxıstan limanlarında ərəb və türk kapitalına bağlı təsisatların artması Tehranda çox ağrlı qarşılanır.
Dəmirçilunun Gürcüstandakı fəaliyyəti o ölkənin müsəlman əhalisinin Azərbaycanın dini idarələrinin təsirindən uzaqlaşdırılması dövrünə təsadüf edirdi.
Hər iki səfirin elmi araşdırmaları xaos diplomatiyası, virtual məkandan diplomatik məqsədlər üçün istifadə haqqındadır.
İranın Suriyada nüseyri azlığı müdafiə etmək, guya şiələrin hüquqlarının qorumaq kimi bir qayğısı yox idi. İranın qayğısı Bəhreyn, Qətər və Küveytin karbohidrogen ehtiyatalarının Suriyadan keçəcək kəmərlər vasitəsilə daşınmasına mane olmaq idi. Başqa sözlə, Sübhani 1996-2000-ci illərdə Bakıdakı fəaliyyətinin Suriyada oranın reallığına uyğun davam etdirib. Ermənistanda da əsas işinin Zəngəzur dəhlizinin baş tutmasının qarşına almaq olacağını güman etmək olar.
İran “karvan yolları“ uğrunda mübarizəsini yeni, peşəkar və bir qədər təhlükəsli simalarla davam etdirmək istəyir. Bu məqsədlə xaos diplomatiyası metodlarından, virtual məkandan istifadə, dindarlar və yerli müxalifətlə əlaqələrin gücləndirlməsi də gözləniləndir..
Cəmaləddin Quliyev
Xüsusi olaraq Vətəninfo.az üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki