image-photo_186643backend

İranın molla rejimi qəddar üsullara əl atıb – Almaniya nəşri

image-reklam_sirab_01

Almaniyada çıxan “Spiegel” nəşri bugünki buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib.

Vətəninfo.az xəbər verir ki, “Spiegel” “İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam etdirirlər” başlıqlı yazısında etirazçıların hökumətə qarşı mübarizədə üzləşdiyi çətinlikləri araşdırıb.

Məqalədə bir müddət öncə İranın molla rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib sonra azadlığa çıxmış vətəndaşın siyasi məhbuslara və onların ailələrinə qarşı işgəncə və zorakılıqdan geniş bəhs edilib.

“Spiegel”ə müsahibə verən həmin vətədaş deyib: “Uzun müddətdir ki, hər gecə yuxuda görürəm, məni zorlayırlar”.

Məqalədə o da bildirilir ki, etirazçıların bəziləri həbs ediləndən sonra öldürüldüyü üçün izi- tozu siinir.

Dünya mediası İran rejiminin etirazçılara qarşı törətdiyi vəhşiliklərin yalnız kiçik bir hissəsindən xəbərdardır.

“Spiegel” dini hakimiyyətə qarşı mübarizənin əzablarına toxunub və Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki