image-1backend

İranın vitse-prezidenti prezident seçkilərində namizədliyini geri götürüb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb. O, müvafiq açıqlamanı X səhifəsində dərc edib.

“İnqilabi Qüvvələrin birliyini qorumaq üçün və İslam İnqilabı Qüvvələri Koalisiya Şurasının (İranın mühafizəkar partiyalarının koalisiyası), eləcə də bəzi üləma və tərəfdarların tələbinə cavab olaraq yolu davam etdirməkdən imtina etdim və ümid edirəm ki, mənim üç qardaşım fürsətdən istifadə edərək hərəkatın inqilabını birləşdirib gücləndirəcəklər”. Qazizadə Haşeminin sözlərinə görə, indi onun vəzifəsi “ölkənin maraqlarını qorumaqdır”.

Bəyanatının sonunda o, həmçinin İran xalqına, ona rəğbət bəsləyənlərə, seçkiqabağı qərargah üzvlərinə təşəkkür edib və ölkənin mərhum prezident İbrahim Rəisinin kursunu davam etdirəcəyinə ümid etdiyini bildirib.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib. Prezidentlik yarışında iştirak etmək üçün sənəd təqdim edən 80 nəfər arasında Konstitusiya Keşikçiləri Şurası cəmi altı namizəd seçib ki, onlardan biri də İslam Respublikasının vitse-prezidenti Qazizadə Haşimi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki