image-whatsapp-image-2022-01-10-at-13-24-12backend

İranla Səudiyyə Ərəbistanı üz-üzə: “Danışıqlarda iştirak etməliyik”

image-reklam_sirab_01

Vyanada İran-ABŞ arasında yenidən İranın nüvə proqramları və nüvə başlığı yaratmaq istiqamətində addımları, eyni zamanda ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı danışıqlara start verilir.

Veteninfo.az xarici mediaya istinadla xəbər verir ki, baş tutacağı dəqiqləşən bu danışıqlarda Səudiyyə Ərəbistan iştirak etmək istədiyini bəyan edib.

Lakin rəsmi Tehran Səudiyyə Ərəbistanının bu daşıqlarda iştirakına sərt münasibət bildirib. Eyni zamanda İran müxtəlif ekspertlərin dili ilə də mövqeyini bildirməkdədir.

Qərbi Asiya eksperti Seyid əl-Fəqih İran-ABŞ danışıqları ilə bağlı bildirib ki, iki ölkə arasında baş tutması dəqiləşən görüşdə Səudiyyə Ərəbistanının da iştirak etmək üçün etdiyi bəyanat əsassızdır:

“Vyanada yenidən danışıqların səkkizinci raundu davam edəcək. İran və ABŞ-ın razılığa gələ biləcəyinə dair əlamətlər və ümid işığı var. Səudiyyə və İsrail təxribata əl ataraq informasiyalar yayırlar ki, İran və ABŞ keçiriləcək görüşlərdə heç bir razılığa gələ bilməyiblər. Razılığa gəlsələr və ya razılığa niyyət edərlərsə, biz də danışıqlarda iştirak etməliyik. Səudiyyə Ərəbistanın niyə yenidən danışıqlara qatılmaq istəməsi və ya ümumiyyətlə buna haqqının olub-olmaması ilə bağlı texniki və hüquqi izahata ehtiyacı var.

Birincisi, biz ABŞ rəsmiləri ilə yenidən danışıqlar aparmaq istəmirik. Biz ABŞ-ın bu beynəlxalq sənəddə yaratdığı və kənara çıxardığı qüsurları aradan qaldırmaq istəyirik. Biz Səudiyyə Ərəbistanı ilə yeni danışıqlara başlamaq istəmirik. Gələcəkdə Pakistan və Türkiyə deyə bilər ki, biz də danışıqlarda iştirak etmək istəyirik. Bu artıq danışıqlar deyil”.

Seyid əl-Fəqih bildirib ki, buna görə də İran öz hüquqlarını və neftinin satışının qarşısının alınması ilə bağlı problemləri həll etmək üçün hüquqi iş axtarır. İranın mövqeyi ondan ibarətdir ki, siyasi müharibəyə başlamamaq və hər hansı bir cırtdanın rəsmi Tehranın mühüm və beynəlxalq məsələsinə qarışmasına imkan verməməkdir:

“İkincisi odur ki, Səudiyyə Ərəbistanı özü nüvə enerjisi axtarışında deyilmi? İran niyə buna qarışmır? Bu, nüvə enerjisindən tibb, səhiyyə və biliyə əsaslanan məsələlər kimi dinc məqsədlər üçün istifadə etmək istəyən hər bir ölkənin hüququdur. NPT-yə əsasən, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə vaxtaşırı İranın obyektlərini yoxlamağa icazə verir. Hətta biz onları buraxdıq və könüllü olaraq Əlavə Protokolu həyata keçirdik. Amma bizim məlumatları dərc etdilər və nüvə alimlərimizin öldürülməsinə və şəhid olmasına səbəb oldular”.

O, Beynəlxalq Atom Enerjisi Agentliyinin əvvəlki hesabatlarına toxunaraq əlavə edib ki, MAQATE-nin keçmiş baş katibi Omano dəfələrələ bəyan edtmişdi ki, İran atom bombası yaratmaq niyyətində deyil:

“ABŞ kəşfiyyatının keçmiş rəhbəri Uilyam Börns isə xatırlayırsınızsa demişdi ki, bizim İranın atom bombası yaratması üçün heç bir səbəbimiz yoxdur. Amma səudiyyəlilər özləri Yəməndə insanları qətlə yetirirlər”.

Qərbi Asiya eksperti əlavə edib: “Yəmən xalqı Səudiyyənin raketləri ilə qətlə yetirilir. Amma səudiyyəlilər bizim sivil danışıqlarımıza müdaxilə etmək istəyirlər, təbii ki, biz onların danışıqlara girməsinə imkan verməyəcəyik. Yaxşı olar ki, Səudiyyə Ərəbistanı əvvəlcə öz daxili işləri ilə məşğul olsun, Yəməndən çıxsın və bir daha Yəmən xalqını qətlə yetirməsin. Əgər onun bizimlə problemi varsa, İranın təqdim etdiyi Hörmüz sülh planına arxalanaraq, Bağdadla etdiyimiz kimi, İranla danışıqlar apara bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki