image-4847c438-778f-4cae-9fc2-d87502365d4dbackend

İşğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir

image-reklam_sirab_01

 

 

Prezident İlham Əliyevin Ağdama səfəri olduqca əhəmiyyətli hadisələr və mesajlarla yadda qaldı. Məhz BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi strateji bir addım idi.

Ermənilər 30 il boyunca işğal altında qalan əraziləri darmadağın ediblər.  Ağdam isə ən çox dağıntıya qalan şəhərlərdən biridir. Heç də təsadüfi deyil ki, 2001-cil ildə ABŞ-ın Kaliforniya əyalətində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən sonra amerikalı jurnalistin bölgəyə səfəri zamanı minarələrin arasından Ağdama baxarkən bu şəhəri Xirosima şəhərinə bənzətmişdi. Bu, bənzətmə Ağdamda dağıdıcıların hansı səviyyədə icra olunduğunu göstərir.

Azərbaycan Milli Şəhərsalma Forumunda Prezident İlham Əliyev çıxış edərkən arxa fonda dağıdılmış və viran qoyulmuş Ağdamın görüntüləri və qonaqların əyləşdiyi məkanın məhz Ağdamda ən müasir standartlar çərçivəsində tikilməsi ikili bir təzadın – Azərbaycan ilə Ermənistan arasında müqayisə aparılmasına imkan verirdi.

Ölkə başçısının forumda verdiyi mesajlar çox önəmli idi. Eyni zamanda BMT çərçivəsində keçirilən belə bir konfrans həm də BMT-nin özünün artıq bu prosesin içərisində olmasını gərəktirən bir mesaj idi. Bildiyimiz kimi BMT-nın dörd qətnaməsi qəbul edildi. Lakin həmin qətnamələr BMT-nin özünün məcburetmə mexanizmlərinin olmaması, eləcə də qarşımızda Ermənistan kimi sabotajçı bir dövlətin olmasından icra olunmadı. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Bu günə qədər Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yenidənqurma və quruculuq işlərini həyata keçirir. Nəzərə alsaq ki, bu proses milyardlarla dollar sərmayə tələb edən bir işdir. Bu günə qədər bu prosesin böyük bir hissəsi aparılır və Azərbaycan bu günə heç bir beynəlxalq banka müraciət etməyib.

Prezident İlham Əliyevin müvafiq bölgələrə səfər etməsi və daimi olaraq həmin ərazilərdən mesajlar ötürməsi olduqca əhəmiyyətlidir. Əvvəla bu, yenidənqurma işlərinin daha uğurlu şəkildə aparılmasının göstəricisidir. Bugünkü görüşlər isə artıq formatı dəyişib. Bu gün biz yenidənqurma işlərimizin bölgəyə hansı formatda sülhü gətirəcəyimizin görüntünü bütün dünyaya bəyan edir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki