Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən İstanbul Universitetində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçirilib.
Veteninfo.az xəbər verir ki, Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Kampaniyanın keçirilməsi haqqında danışan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər burada əsas məqsədin Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyasına dəstək olmaq və bu istiqamətdə sosial şəbəkələrdə beynəlxalq kampaniya təşkil etmək, Xocalı Soyqırımı barədə beynəlxalq ictimaiyyət məlumatlandırmaq olduğunu vurğulayıb.
Aqil Ələsgərin baş koordinatorluğu, Toğrul Allahverdili və Rəşid Mustafazadənin koordinatorluğu ilə keçirilən tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Ülke TV-nin baş redaktoru Hasan Öztürk, Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, “Ulusal Kanal”ın baş redaktoru Sinan Sunqur, “Haber7″nin baş redaktoru Osman Atəşli, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazqan, Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu və digərləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni caniləri tərəfindən Xocalıda törədilən soyqırımıdan danışıb, tarixin qanlı səhifəsi olan bu insanlıq cinayətinin səbəbkarlarının ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İkinci Qarabağ müharibəsi haqqında danışan natiqlər bu savaşın yalnız meydanda deyil, eyni zamanda, sosial mediada da aparıldığını qeyd ediblər.