image-062600034901backend

İtkin düşmüş daha iki əsgərin cəsədi tapılıb

image-reklam_sirab_01

Axtarış işləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin daha iki hərbçisinin cəsədi tapılıb və şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə ölkənin Hərbi Prokurorluğunun məlumatında deyilir.

Bunlar müddətdən artıq həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçular Elməddin Həsrətov və Elşən Yusiflidir.

Cəsədlərin harada və nə vaxt tapıldığı açıqlanmır.

Xatırladaq ki, son vaxtlara qədər 12 hərbçi itkin düşmüş sayılırdı. İkinci Qarabağ Müharibəsi zamanı həlak olan hərbçilərin ümumi sayı 2900 nəfəri ötüb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki