image-reklam-veteninfo
image-img_9280backend

İxtisassız şəxslərin kosmetoloji müdaxiləsi faciə ilə nəticələnib

image-reklam-veteninfo

 

“Mayomed” klinikasının SG Estetik Mərkəzində baş verdiyi iddia olunan xoşagəlməz hadisə ilə bağlı yeni və vacib təfərrüatlar məlum olub. Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi rəsmi açıqlama verərək, həmin mərkəzdə prosedur icra edən Emrah Mehdiyevin “cərrahi və kosmetoloji prosedurlar həyata keçirmək üçün heç bir səlahiyyətinin və müvafiq icazəsinin olmadığını” bəyan edib.

İxtisasca bərbər olduğu bildirilən şəxsin qanunsuz tibbi müdaxiləsi nəticəsində pasiyentlərdən biri ciddi sağlamlıq problemləri ilə üzləşərək xəstəxanaya yerləşdirilib.
Redaksiyamızın əldə etdiyi məlumata görə, Analitik Ekspertiza Mərkəzinin təsdiqi ilə, bu şəxsin tibbi xidmət göstərməsinin tamamilə qeyri-qanuni olduğu ortaya çıxıb.
Hadisə ilə bağlı yayılan fotoşəkillər pasiyentin vəziyyətinin ciddiliyini nümayiş etdirir.

Səhiyyə Nazirliyinin bu açıqlaması bir daha sübut edir ki, hər hansı bir kosmetoloji və ya cərrahi müdaxiləyə başlamazdan əvvəl həmin mərkəzin və orada çalışan şəxsin “müvafiq lisenziyasının və tibbi diplomunun” olub-olmadığını yoxlamaq həyati əhəmiyyət kəsb edir.
Qanunsuz tibbi fəaliyyətə yol verən şəxslərin və klinikaların aşkar edilməsi üçün aidiyyəti qurumların araşdırmaları davam edir. Vətəndaşlardan ehtiyatlı olmaları və öz sağlamlıqlarını yalnız rəsmi lisenziyaya malik olan mütəxəssislərə etibar etmələri xahiş olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki