image-gence-fhn-izdihambackend

İzdiham FHN-in iş elanına görə olub? – Açıqlama + Yenilənib

image-reklam_sirab_01
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanmasını əks etdirən görüntülər yayılıb. İddia olunub ki, izdihama səbəb Nazirliyin iş elanı olub.
Məsələ ilə bağlı FHN-in Mətbuat xidmətindən  bildirildi ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir. Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb:
“Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müracitlər müvafiq qaydada yönləndirilir”.

***11:06
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Bundan sonra Nazirliyin Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda vətəndaşların idarəyə girmək üçün bir-birini itələməsi və sıxlıqdan çaxnaşmanın yaranması əks olunub.
Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinləri üçün qəbul keçirəcək. Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabrda Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayıb. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki