image-kamran-eliyevbackend

Kamran Əliyev Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqlarının struktur və ştat tərkibini müəyyənləşdirdi

image-reklam_sirab_01

Veteninfo.az-ın  sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilmişdir.
Bundan başqa, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki