image-091600038368backend

Keçmiş diplomat özəl biznesə keçib

image-reklam_sirab_01

Azərbaycanın Belarusdakı keçmiş səfiri Lətif Qəndilov “Oğuz” çoxsahəli istehsal və xidmət istiqamətli müəssisəyə direktor təyin edilib.

Veteninfo.az xəbər verir ki,Dövlət Vergi Xidmətinin dünən yaydığı məlumata görə, şirkətin reyestr məlumatlarına dəyişiklik iyulun 22-də edilib. Şirkətin hüquqi ünvanı: Bakı, Dilarə Əliyeva küçəsi, 215.

“Oğuz” müəssisəsi 1994-cü ildə qeydiyyata alınıb. Şirkətin fəaliyyəti və sahibkarları barədə açıq məlumat yoxdur.

Lətif Qəndilov 1995-c ildən Xarici İşlər Nazirliyində işləyir. Azərbaycanın Belarusdakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən iyunun 16-da geri çağırılıb. Bir həftə sonra o artıq Bakıda özəl biznesdə işə düzəlib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki