image-9backend

Kiyevdə Azərbaycanın Zəfər Günü ilə bağlı bilbord quraşdırılıb

image-reklam_sirab_01

Kiyev şəhərində “Analitik və İnformasiya Platforması” təşkilatının sədri Qulu İbrahimovun təşəbbüsü ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə, 8 noyabr – Zəfər Günü münasibətilə Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbord quraşdırılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bilbordda Ukrayna dilində “8 noyabr Azərbaycanın şanlı Qələbə Günüdür”, “Qarabag Azərbaycandır”, “Krım və Donbas Ukraynadır” şüarları, eləcə də Dəmir yumruq və Xarıbülbül çiçəyinin təsviri əks olunur.

Bilbord 15 gün, noyabrın 1-dən 15-dək nümayiş olunacaq.

“Mən bu böyük tarixi Qələbə Günü münasibətiilə xalqımızı təbrik edirəm. Bu tarixi zəfər Azərbaycan ordusunun müzəffər Ali baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan xalqının nə qədər güclü, nə qədər mətin, nə qədər mübariz olduğunu bir daha dünyaya sübut edib”, – Q.İbrahimov yerli mətbuata yaydığı bəyanatda bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image