image-kocariyanbackend

Köçəryan 44 günlük müharibəni anlamaq üçün konfrans keçirmək istəyir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki. 44 gün davam edən və Ermənistanın 10 noyabrda kaputuliyasiya aktını imzalaması ilə başa çatan, ikinci Qarabağ müharibəsin Robert Köçəriyan hələ də həzm edə bilmir.

Köçəriyana yaxınlığı ilə bilinən erməni telgram kanallarının yaydığı xəbərə görə, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 44 günlük müharibənin birinci ildönü ərəfəsində virtual konfrans təşkil etməyə hazırlaşır.

Məlumsata görə, Robert Köçəryanın “Ermənistan” blokunun məqsədi müharibə dövrünü araşdırmaq, baş verənlərin dərinliyini ortaya çıxarmaq, müharibənin günahkarlarını ictimaiyyətə göstərməkdir. Artıq konfransların, dəyirmi masaların formatı seçilib, 27 sentyabrdan 9 noyabradək üçtərəfli bəyanatın imzalandığı günə kimi müxalifət bloku onlayn müzakirələr aparacaq.Konfransların iştirakçıları isə müharibə iştirakçıları, qurbanların yaxınları olacaq.

Köçəryanın rəhbəri olduğu blok Nikol paşinyanın Ermənistanın müstəqilliyi günü ilə bağlı keçiriləcək atəşfəşanlıq tədbirlər ilə bağlı isə qarşıdurma yaradacaq aksiyalar təşkil etməkdən imtina edib.

Məlumata görə, Köçəryan keçiriləcək tədbirlərdə iqtidarın ön sıralarda Qarabağda  ölən ermənilərin ailələrini otuzduracağını elan etdiyindən, aksiyaları təxirə saldığını bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki