image-kontaktbackend

“Kontakt Home”un SİSTEMİ ÇÖKDÜ: Mağazalar şəbəkəsində çek əllə yazılır

image-reklam_sirab_01

“Kontakt Home” mağazalar şəbəkəsinin əməliyyat sistemi çöküb.

Veteninfo.az xəbər verir ki, sistemin çökməsi şəbəkənin müştərilərə xidmət göstərməsində problem yaradıb, mağazaların önündə uzun növbələr əmələ gəlib.

“Kontakt Home” mağazalarında müştərilərə əməliyyat çekləri əl yazısı ilə verilir.

Müştərilər mövcud durumdan narazıdırlar. Onlar problemin aradan qaldırılmadığını və vaxtlarını mağazada itirtdiklərini qeyd edirlər.

Problemin nə olduğu və nə zaman aradan  qaldırılacağı ilə bağlı “Kontakt Home”dan açıqlama verilməyib./Yenicag.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki