image-img-20210626-wa0002backend

Könül Nurullayeva: “Dövlət qulluqçularının vəzifə maaşları və pensiyaları onların ehtiyaclarını tam qarşılamır”

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentin ötən gün keçirilən iclasında çıxış edib. Deputat Əmək pensiyaları haqqında qanuna dəyişikliklər layihəsinə dair fikirlərini​ bölüşüb, bəzi təkliflər irəli sürüb. Bildirib ki,
dövlət qulluqçularının, eyni zamanda publik hüquqi şəxslərin əməkdaşlarının maddi və sosial ehtiyaclarının hər zaman layiqincə təmin edilməsi əsas sosial məsələlərdən biri kimi daim gündəmdədir. Mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, digər sosial qruplar kimi onların da təminatlarının​ yüksəldilməsi əsas məsələlərdən biridir. Millət vəkili qeyd edib ki,
bu sənəd dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair hazırlanıb: “Layihədə dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş haddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur. Hesab edirəm ki, bu, olduqca mütərəqqi addımdır, illərlə dövlət qulluğunda çalışan şəxslər pensiya təminatından da layiqincə yararlanmalıdır.”
Qeyd edək ki, qanun yalnız hüquqi formasını dəyişərək publik hüquqi şəxsə çevrilən qurumlara dair hissədə bu məsələlərin həllini nəzərdə tutur. Yəni, yalnız bu halda dövlət qulluqçusunun staj illəri onun pensiya təminatına təsir edir. K.Nurullayeva bunu məhdud hesab edib və bəzi təkliflər irəli sürüb: “Hesab edirəm ki, digər qurumlarda sonrakı illərdə işlədiyi zaman da dövlət qulluqçusu bu kimi təminatlardan yararlanmalıdır. Dövlət qulluqçularının vəzifə maaşları, pensiyaları hələ də tam olaraq bugünkü reallığa uyğundur, onların ehtiyaclarını tam qarşılayır demək doğru olmaz. Biz gələcəkdə bu məsələlərə də baxmalıyıq. Millət vəkili eyni zamanda qeyd edib ki, “Publik hüquqi şəxslər haqqında” qanun geniş normativ tənzimlənmə predmetinə malik deyil və bu sənəd də yenidən nəzərdən keçirilməlidir: “Digər tərəfdən qeyd etmək istəyirəm ki, bu Qanun layihəsi 01.01.2021-ci ildən qüvvəyə minsə də, qüvvəyə minənədək qanun layihəsinin təsir dairəsinə düşən dövlət qulluqçularına da əmək pensiyasına əlavə almaq hüququ digər şərtlərlə yanaşı dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda da yaranmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Qanun layihəsinə dəyişiklik dövlət qulluqçusunun əmək pensiyasına əlavə almaq hüququnun mahiyyətinə və həcminə təsir edir.” Bu baxımdan, K.Nurullayeva hesab edir ki, bu qanun layihəsi qüvvəyə mindikdən sonra dövlət qulluqçularının Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilər: “Hesab edirəm ki, təklif olunan qanun layihəsi vaxtilə dövlət qulluqçusu olmuş şəxslərin sosial təminatında mühüm rol oynayacaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki