image-img-20210908-wa0003backend

Könül Nurullayeva: “Müzəffər xalqın gəncləri olaraq qarşımızda ciddi vəzifələr dayanır”

image-reklam_sirab_01

Azərbaycanda dövlət səviyyəsində gənclərə böyük etimad var. Yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbovu qəbul edərkən Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Milli ruh, vətənpərvərlik ruhunda tərbiyə alan gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır. Təbii ki, bunun üçün ilk növbədə düzgün tərbiyə işləri aparılmalı, gənclərin yüksək biliklərə, intellektə yiyələnərək, cəmiyyətdə öz yerini tapmaları təmin olunmalıdır. Bu məsələdə hər bir vətəndaş məsuliyyət daşıyır. Qloballaşma proseslərinin mənfi fəsadlarına toxunmaqla dövlət başçımız bu təhlükənin mövcudluğunu bir daha diqqətə çatdırdı. Təcrübə göstərir ki, yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil. Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüşlərdə canından keçən gənc şəhidlərimiz vətənpərvər, təəssübkeş Azərbaycan gənci obrazını yaradıblar. Azərbaycan gənci deyəndə bu gün ilk olaraq Xudayar, Cəbrayıl, Muxtar kimi yüzlərlə fədakar, qəhrəman oğullarımız yada düşür. Təsadüfi deyil ki, bu gün müzəffər xalqın gəncləri məhz 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımızdan örnək götürür, onların keçdiyi qısa, lakin şərəfli həyat yolunu özləri üçün nümunə hesab edirlər.
Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Həqiqətən də bunun çox böyük mənəvi və psixoloji mənası var. Bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi yaşayacağıq. Müzəffər xalqın gəncləri olaraq qarşımızda ciddi vəzifələr dayanır. Gənclərimiz bütün fəaliyyət istiqamətlərində milli maraqları nəzərə almalı, yeni mərhələdə Böyük Qələbəni əks etdirən şanlı tariximizi yaşatmalı və qorumalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki