image-modern-az-08-07-2021-1625750807backend

“Koreya Azərbaycan üçün strateji tərəfdaşdır” – Malik Həsənov

image-reklam_sirab_01

“Koreya Respublikası iqtisadi əməkdaşlıq baxımından dövlətimiz üçün prioritet ölkələrdən biridir. Həmçinin, Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır”.

Veteninfo.az xəbər verir ki, bu sözləri Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı münasibətlər yüksək səviyyədə davam etdirilir:

“Koreya  Azərbaycan parlamentlərarası işçi qrupunun fəaliyyəti iki ölkə üçün də müxtəlif sahələrdə töhfələr verir. Bildiyiniz kimi, ölkəmizlə Koreya Respublikası arasında ikitərəfli diplomatik əlaqələr 1992-ci ilin mart ayının 23-də qurulub.  Təbii ki, Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən Azərbaycan-Koreya paralamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb və hazırda da fəaliyyət göstərir. Milli Məclisin deputatı kimi mən 2016-cı ildən bu işçi qrupunun rəhbəriyəm.
Əvvəlki illərdə olduğu kimi, hazırda da Azərbaycan Koreya arasında ikitərəfli əlaqələr müsbət dinamika ilə inkişaf etməkdədir. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri və bilavasitə təşəbbüsləri nəticəsində bu əlaqələr daha da genişlənir. Bu səfərlər zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirliməsi məqsədi ilə müxtəlif sahələri əhatə edən bir sıra sazişlər də imzalanıb.”
Deputat qeyd edib ki, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımıdan qarşılıqlı səfərlərin və bu səfərlər nəticəsində təcrübə mübadiləsinin aparılması olduqca vacibdir:
“Bu istiqamətdə də hər iki ölkənin parlament nümayəndələrində qrupların mütamadi olaraq qarşılıqlı səfərləri təşkil olunur. Ölkəmiz üçün prioritet olan məsələlər və eyni zamanda Koreya Respublikası üçün önəm kəsb edən məqamlar müzakirə olunur, qarşılıqlı təcrübələrə nəzər salınır. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimiz arasında sıx dostluq münasibətlərinin, həmçinin parlamentlərarası əlaqələrin daha da inkişafına öz tövhəsini verməkdədir.

İki ölkə arasında əməkdaşlıq xüsusilə infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternative enerji kimi sahələri əhatə edir. Eyni zamanda, Azərbaycanın maliyyə hesabına həyata keçirilən irimiqyaslı layihələrdə 100-ə yaxın Koreya şirkətlərinin iştirakı məmnunluqla ifadə olunur.
Ölkə başçımız möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Ələt İqtisadi Zonanın açılması da Koreya ilə Azərbaycan arasında iqtisadiyyatın müxtəlif sahələrində daha geniş və iri layihələrin icrasına əlavə imkanlar yaradacaqdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki