Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 103 91 nəfər təşkil edir.

























