image-369297_res_01backend

Kraliça “Xarı bülbül”ə baş çəkdi, Qarabağ atlarına tamaşa etdi, Polad Bülbüloğlunun ifasını dinlədi

image-reklam_sirab_01

Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənə­nəvi “Royal Windsor Horse Show” – “Vindzor Kral Atçılıq Şousu” başa çat­ıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, II Eliza­betin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə “Xarı-Bülbül” adlı xüsusi şou-kompo­zisiya hər gün təqdim olunub.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhid­lərimizin mü­qəd­dəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nüma­yiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyi­mində arenaya çıxan “Sərhədçi” rəqs ansamb­lının möhtəşəm çıxışları, süvariləri­mizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisi­nin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekran­larda nümayiş etdirilən füsün­kar görün­tüləri ilə müşayiət olunub.

Heydər Əliyev Fondunun dəstəyi və  Azərbaycanın Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrə­manlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə edilib. “Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləş­miş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyəti ilə görüş­üb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxı­şını möh­təşəm adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki