image-337a4f42-879b-3346-855f-96dd27aba33b_850backend

Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb

image-reklam_sirab_01

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Bu barədə Veteninfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.image-8e1d745d-aea6-322f-826d-34fde25d0766 image-725658b5-36a7-36c0-9613-69cc25dc87dd image-84248289-c632-36ba-b1d5-6eda3990e721


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki