image-26778f51-8963-3480-99a8-807ce4faf8d9_850backend

Lesotoda parlament seçkilərində müxalifət partiyası qalib gəlib

image-reklam_sirab_01

Lesoto Krallığında keçirilən parlament seçkilərində müxalif “Tərəqqi uğrunda İnqilab” Partiyası qalib gəlib.

Bu barədə bazar ertəsi Afrika ölkəsinin Müstəqil Seçki Komissiyası məlumat yayıb.

“Tərəqqi uğrunda İnqilab” Partiyası parlamentin aşağı palatasında 120 yerdən 56-nı qazanıb. Lakin partiyanın mütləq çoxluğu qazanmaq üçün beş mandatı çatışmayıb. Nəticədə, Tərəqqi uğrunda İnqilab” Partiyası krallığın yeni hökumətini formalaşdırmaq üçün tərəfdaş axtarmalı olacaq”, – Cənubi Afrikanın SABC radiostansiyası Komissiyadan sitat gətirib.

Son beş ildə Lesotoda hakimiyyətdə olan “Bütün Basutonun Konventi” Partiyası böyük uğursuzluqla üzləşib. Partiya 80 seçki dairəsinin hamısında birbaşa səsvermə yolu ilə bir deputat seçə bilməyib. Siyasi təşkilat proporsional təmsilçiliyin nəticəsi olaraq parlamentdə cəmi 8 yer qazanıb.

Xatırladaq ki, “Tərəqqi Uğruna İnqilab” 5 ay əvvəl 64 yaşlı iş adamı Sem Matekane tərəfindən yaradılıb. Radiostansiya bildirib ki, onun yeni hökumət başçısı olması istisna edilmir.

Xatırladaq ki, oktyabrın 7-də Lesotoda parlamentin aşağı palatası – Milli Assambleyaya seçkilər keçirilib. Seçkilərdə 65 partiya və siyasi hərəkatın namizədi iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki