Litva Qarabağ ermənilərinin həyati ehtiyaclarını həll etmək üçün Ermənistana 350 min avro dəyərində humanitar yardım göndərib.
Vətəninfo.az -ın məlumatına görə , bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis X mikrobloqunda məlumat verib.
“Biz Ermənistanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və erməni xalqının seçdiyi demokratiya yolunu dəstəkləyirik”, o yazıb.


























