image-1backend

MAQATE rəhbəri Kursk atom elektrik stansiyasına baş çəkəcək

image-reklam_sirab_01

MAQATE rəhbəri Rafael Qrossi avqustun 26-da Vyanadan Rusiyaya yola düşəcək, ertəsi gün isə Kurçatov şəhərinə və Kursk atom elektrik stansiyasına baş çəkəcək.

Vətəniunfo.az xəbər verir ki , TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib.Rusiya tərəfinin məlumatına görə, avqustun 22-nə keçən gecə Ukrayna qüvvələri Kamikadze pilotsuz uçan aparatdan istifadə edərək Kursk vilayətinin Kurçatov şəhərində yerləşən AES-ə hücum etməyə cəhd göstərib və onlar zərərsizləşdirilib.Qrossi “Rosatom”un rəhbəri Aleksey Lixaçevin dəvəti ilə Kurçatov şəhərinə və Kursk AES-ə gələcək. Bundan əvvəl MAQATE rəhbəri bəyan etmişdi ki, səfəri zamanı AES-in rəhbərliyi ilə görüşmək və onun hücumlara məruz qalıb-qalmamasını öyrənmək niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki