image-ehmedbackend

Medianın İnkişafı Agentliyi və Bakı Slavyan Universiteti arasında görüş keçirilib

image-reklam_sirab_01

Noyabrın 3-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev arasında görüş keçirilib.

Vətəninfo.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov ölkəmizdə medianın keçdiyi inkişaf yolundan, aparılan islahatlardan danışaraq təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb. O, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev media sahəsində islahatlar prosesinin geniş vüsət almasını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduğunu ifadə edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə Agentlik tərəfindən hazırlanan “MEDİA Lab” layihəsi və layihənin təşkili mexanizmləri müzakirə olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki