image-7d6269e0-fa94-4e8f-a47e-b60a2529aa6b_850backend

Məhbusun cəzasını yüngülləşdirmək adı ilə 13 min manatlıq dələduzluq edən qadına cinayət işi açılıb

image-reklam_sirab_01

Maral Xəlilovanın qanunsuz əməlləri barədə Füzuli Rayon Prokurorluğuna daxil olmuş kollektiv ərizə əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Veteninfo.az-a rayon prokurorluğundan məlumat verilib.

raşdırmalarla rayonun Kərimbəyli kənd sakini Maral Xəlilovanın Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadənin əməlinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik etməsi müqabilində Xumar Əbüləzimovadan və qardaşı Eldost Hacıyevdən ümumilikdə 13 min manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki