image-2backend

Millət vəkili  Qənirə Paşayeva Xalq rəssamı Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş sərgisində iştirak edib -FOTOLAR

image-reklam_sirab_01

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin 80 illik yubileyi münasibətilə Müasir İncəsənət Muzeyində təşkil olunmuş “Bəyaz” adlı sərginin açılışında çıxış edib.

Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, Media FM, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin təşkilatçılığı ilə keçirilən sərginin açılışında çıxış edən Q.Paşayeva görkəmli rəssamın həyat və fəaliyyətindən söz açıb, ürək sözlərini bölüşüb.

Komitə sədri diqqətə çatdırıb ki, Arif Əziz ötən yüzilliyin 70-ci illərindən başlayaraq dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində əzmlə çalışaraq, Azərbaycan incəsənətinin çağdaş səviyyəsənin müəyyənləşməsinə, formalaşmasına böyük təsir göstərib: “İlk bədii təhsilini 190-65-ci illərdə doğma Bakıda – bütün SSRİ məkanında məşhur olmuş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində) alan Arif Əziz, daha sonra isə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarından olan Moskva Ali Bədii-Sənaye Məktəbinin “Qrafik dizayn” fakültəsində təhsil alıb. Uzun yaradıcılıq yolu keçən rəssam öz istedadı, zəhməti sayəsində böyük uğurlara nail olub. Açılışına yığışdığımız “Bəyaz” adlı bu gözəl sərgi də rəssamın keçdiyi həyat və sənət yoluna nəzər salır, onun ötən illər içində yaratdığı bənzərsiz əsərlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət göstərir”.
Q.Paşayeva yubilyar sənətkara MM Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Məktubun məzmununu (qısa ixtisarla) təqdim edirik:

“Hörmətli Arif müəllim,
Sizi – görkəmli Azərbaycan rəssamını, elm və ictimai xadimini qarşıdan gələn 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirəm!
…Siz 1971-ci ildən etibarən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) rəssamlıq sənətindən dərs demisiz. Bundan sonrakı fəaliyyətinizdə bədii yaradıcılıqla pedaqoji işi üzvi surətdə birləşdirmisiz. Bu illər içində Siz həm rəssam kimi məhsuldar çalışmış həm də hazırlıqlı pedaqoq kimi gənc rəssamlara ixtisas fənlərini tədris etmisiz.
…Sizin yaradıcılığınız zəngin və çoxşaxəlidir.
Siz uzun illərdir öz yaradıcılıq fəaliyyətinizlə Azərbaycan təsviri sənətinin inkişafına xidmət göstərir, mədəniyyətimizi xarici ölkələrdə ləyaqətlə təmsil edirsiz. Buna görə dəfələrlə diplom, orden və fəxri adlarla təltif olunmusuz. Bu zəhmətin nəticəsidir ki, Siz nəinki ölkəmizdə, o cümlədən, bir çox xarici ölkədə tanınır və sevilirsiz. Yaradıcılığınız daim diqqət mərkəzində olmaqla, sənətşünasların tədqiqat obyektinə çevrilmişdir.
Plakatlarınızı təhlil edən sənətşünaslar Sizin, öncələr plakat janrında geniş yayılmış nəqlvari təsvirçilikdən uzaqlaşaraq, çağdaş səpkidə işlədiyinizi, obrazlı təfəkkürə, rəmzi elementlərə əsaslandığınızı vurğulayır. Sizi rənglərin “dil”i ilə danışmağı yaxşı bacaran, eləcə də, qara tuşla kolorit, ritm, həcm effekti yarada bilən rəssam olaraq xarakterizə edirlər. Doğrudan da, Siz, ağ-qara kompozisiyalarınızda, özəlliklə portretlərdə insanın daxili aləmini, obrazın emosionallığını, quruluşun ekspressivliyini məharətlə əks etdirirsiz.
Sizin “Seneqal panoramı”nız, “Ruhun Rəqsi” adlı fərdi sərginiz, adınızla bağlı olan digər sənət hadisələri ünlüdür. Sizin əsərlərin Azərbaycan incəsənətində özünəxas yeri var. Siz hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslubları ilə sintez etməyə çalışmış, buna nail olmusuz. – Bu sintez incəsənət aləmində yeni istiqaməti inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.
Siz 1986-cı ildə keçmiş SSRİ-nin “Şərəf nişanı” ordeninə, 1992-ci ildə müstəqil Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2018-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülmüsüz.
Bir daha Sizi qarşıdan gələn 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm”!
Arzu edənlər bu linkdən izləyə bilərlər:

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki