image-12jpg-1673970115backend

Millət vəkili sabiq nazirin vəfatından yazdı

image-reklam_sirab_01

Milli Məclisin deputatı Elnur Allahverdiyev vəfat edən sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayevlə bağlı paylaşım edib.

Vətəninfo.az xəbər verir ki, E.Allahverdiyev feysbuk hesabındakı paylaşımında qeyd edib:

“Bu gün yaxından tanıdığım, vaxtilə atamla dost olmuş Namiq Nəsrulla oğlu Nəsrullayev ömrünün 78-ci ilində dünyasını dəyişib. N.Nəsrullayev 1996-2001-ci illərdə iqtisadiyyat naziri, 2001-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri olub. Ziyalı, dövlətə və dostluğa sadiq olan adam idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki