Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.
Bu barədə “Report”a parlamentdən məlumat verilib.
Sessiya çərçivəsində NATO-nun yeni strateji konsepsiyası, Qərbi Balkanlarda vəziyyət, terrorçuluqla mübarizə, kiber təhdidlər, iqlim dəyişikliyindən qaynaqlanan çağırışlar və digər mövzularda müzakirələr aparılacaq.
Səfər noyabrın 22-də başa çatacaq.