image-30backend

Mingəçevirdə 800-dən çox güllə və bir neçə qumbara tapıldı

image-reklam_sirab_01

Mingəçevirdə silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN-in ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub və Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.

Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki