Heydər Əliyev adına Sarayda “Miss Civilization of The World” müsabiqəsinin qalibi bəlli olub. SİA-nın məlumatına görə, 24 ölkənin qatıldığı gözəllər arasında Miss Monteneqro Jovana Lekic münsiflər heyətinin yetkun qərarı ilə rəqiblərini geridə qoyub. “Mia Jewellery”nin təqdim etdiyi 25 000 avroluq taca sahib olub. 2-ci yerin sahibi türk gözəli Hande Erçel, 3-cü yeri isə Serbiya gözəli Dragana Dujoviç qazanıblar.
Azərbaycan gözəli Aytac Ağacanova və Macarıstan gözəli Marta Zemplenyi “Miss Peace” (Barışıq gözəli) nominasiyasında seçiliblər. Ukrayna gözəli Yuliya Sapojnikova “Miss X-Lady” seçilib. “Miss İce” Estoniya gözəli Elizabet Kandru, “Miss Shwarzkopf” Qırğızıstan gözəli Aycan Seysembaeva, iştirakçılar arasında gizli səsvermə nəticəsində isə “Mis Friendship” nominasiyasını Avstraliyadan Cesika Tayn Rodgers qazanıblar.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətində CFC Organizationun rəhbərləri Kemal Cenk İçten, Fərid Bağırov, Ahmet Akkaya, Elman Həsənov, Ruhi xanım və mərasimə qatılmayan xalq artisti Aygün Kazımova olub.
Gecənin aparıcıları İlkin Həsəni və Nərgiz idi.
Onu da əlavə edək ki, mərasimdə müğənnilər Elnur Məmmədov, Zarina Məmmədova və Aytac iştirak edib