image-saakashvilibackend

Mixail Saakaşvili: “Gürcüstanda hakimiyyəti ələ keçirmiş dəstə utanaraq gizlənir”

image-reklam_sirab_01

“2008-ci ildə, avqustun 7-də baş vermiş genişmiqyaslı hücumdan bir neçə gün əvvəl Rusiya diplomatik heyətinin bir hissəsini, Cənubi Osetiyanın paytaxtı olan kiçik Tsxinvali şəhərinin demək olar ki, bütün əhalisini Tbilisidən evakuasiya etdi və ilk irimiqyaslı əməliyyatı həyata keçirdi”.

Vətəninfo.az xəbər verir ki,bu fikirləri hazırda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vəkilləri vasitəsi ilə yayımladığı açıqlamada bildirir.Saakaşvili qeyd edir ki, eyni şey indi Ukraynaya münasibətdə də baş verir: “Hələlik bu, ABŞ və Qərbin reaksiyasını yoxlamaq üçün imitasiya ola bilər, ya da təcavüzün başlanğıcı ola bilər. Hər halda, hamımız ayıq-sayıq olmalıyıq.İndiyə qədər Ukrayna rəhbərliyi çox aydın hərəkət edir və amerikalılar da mənim bütün gözləntilərimi müsbət mənada üstələdilər. Gürcüstanda hakimiyyəti ələ keçirmiş dəstə utanaraq gizlənir və mümkün qədər Ukrayna ilə həmrəylik ifadə etməkdən yayınır, lakin ukraynalılar bilməlidirlər ki, Gürcüstan xalqı onları tam dəstəkləyir və onlardan çox narahatdır!” .

Zərri
Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image