Yanvarın 21-də Moldova parlamentinin sədri İqor Qros Azərbaycana səfərə gəlib.
Veteninfo.az xəbər verir ki, Azərbaycanın və Moldovanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanında İqor Qross jurnalistlərin suallarını cavablandırıb.