image-img-20230925-wa0115backend

“Mostbet” vətəndaşın udduğu 156 461 manatı ödəmir

image-reklam_sirab_01

Məşhur idmançı Nəriman Abbasovun əməkdaşlıq etdiyi qanunsuz idman mərc operatoru “Mostbet” daha bir vətəndaşın qazandığı məbləği ödəməkdən boyun qaçırır. Bu barədə Ayaz İkramoğlu sosial şəbəkədə qeyd edib. Bildirilib ki, “Mostbet” vətəndaşın 156 461 manatını ödəmir, üstəlik hesabı bloklanıb.
Təəssüf ki, bu fakt birinci deyil. Vətəndaşlar nə qədər belə qanunsuz şans oyunlarına inanacaq, o qədər də dələduzluq halları yüksək olacaq. Həmçinin bu cür qanunsuz şans oyunlarında iştirakın özü qanun pozuntusu hesab edilir. Yəni həm pulunu itirir, həm də qanunu pozmaqda məsuliyyət daşımış olursan.
Məhz belə hallarla üzləşməmək üçün dövlətin qanunlarına hörmətlə yanaşmaq və yalnız qanuni şans oyunlarına müraciət etmək lazımdır.
Bu işdə belə “Mostbet”, “1xBet” “Aviatr” kimi qanunsuz oyunları təbliğ edən məşhur idmançılar, influnserlər də məsuliyyətlərimi dərk etməli, onlara inanan izləyicilərini doğru yönləndirməlidirlər.

image-img-20230925-wa0116


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki